Azərbaycan çempionatında 11-ci tura “Neftçi” – “Sabah” oyunu ilə yekun vurulub.
Görüşdə hesab 37-ci dəqiqədə açılıb. “Sabah”ın heyətində Coy-Lens Mikels fərqlənib. Fasilə ərəfəsində qonaqlar 2-ci qolu vurublar. Bu dəfə Emmanuel Apeh qapını dəqiq nişan alıb. 2-ci hissənin əvvələlində isə isə hesab 3:0 olub. Aleksey İsayev hədəfdən yayınmayıb. Meydan sahibləri qalan vaxt ərzində buraxılan toplardan yalnız 2-nin əvəzini çıxa biliblər. 71-ci dəqiqədə Ömər Buludov topu qapıdan keçirib. 4 dəqiqədən sonra “Neftçi” azlıqda qalıb. İsmayıl Zülfüqarlı qırmızı vərəqə ilə cəzalandırılıb. Amma sayca azlıqda qalmalarına baxmayaraq “Neftçi” futbolçuları hesab arasındakı fərqi minimuma endirə biliblər. Emin Mahmudov komandasını ümidləndirsə də, meydan sahiblərinin bundan artığına gücü çatmayıb. Beləliklə “Sabah” rəqibinə 3:2 hesabı ilə qalib gəlib. Ardıcıl 5-ci qələbəsini əldə edən komanda 28 xalla turnir cədvəlində 2-ci pillədədir və lider “Qarabağ”dan 2 xal geri qalır. Amma qeyd edək ki, maksimum nəticə göstərən !”Qarabağ”ın ehtuyatda 1 oyunu var. “Neftçi” isə 11 tura 22 xal toplayıb və mövsümdə 3-cü dəfə uduzan komanda ilk 3-lüyü tamamlayır.